Menu

BMT Əfqanıstana 606 milyon dollar yardım planı təklif edəcək

09.09.2021, 00:04
BMT Əfqanıstana 606 milyon dollar yardım planı təklif edəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) humanitar reaksiya çərçivəsində Əfqanıstanın 11 milyon sakininə 606 milyon dollar yardım planını işə salmaq niyyətindədir.

Bu barədə sentyabrın 7-də təşkilatın yaymış olduğu sənəddə deyilir.

BMT Baş katibi Antoniu Quterriş Cenevrədə sentyabrın 13-də nazirlər konfransında dövlətlərə müraciət edərək, uyğun vəsaitin ayrılmasına çağıracaq.

«Plan ən təxirəsalınmaz humunitar prioritetləri mövcud reaksiya poqramı çərçivəsində (2021-ci il üçün), həm də yeni ehtiyacların kafi dərəcədə genişləndirilməsi fəaliyyətini nəzərdə tutur. Planın reallaşdırılması üçün təcili olaraq, 606 milyon dollar vəsait 11 milyon insana çoxsektorlu yardım göstərmək üçün vacibdir - mətndə qeyd olunur - 413 milyon artıq fəaliyyətdə olan plan üzrə hesaba alınıb, 139 milyon isə yeni ehtiyaclar üçün lazım olacaq».

10,5 milyon insan üçün ərzaq yardımı göstərilməsi nəzərdə tutulur, səhiyyə sahəsində bu tədbirlər 3,4 milyon insanı əhatə edəcək. Bununla bərabər BMT-də narahatlıq ifadə olunub ki, Əfqanıstan üzrə mümkün iqtisadi sanksiyalar vəziyyəti pisləşdirə bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol