Menu

ABŞ-ın xüsusi elçisi Moskva və Parisə səfər edəcək - İran üzrə ortaq mövqe qurmaq istəyirlər

09.09.2021, 00:07
ABŞ-ın xüsusi elçisi Moskva və Parisə səfər edəcək - İran üzrə ortaq mövqe qurmaq istəyirlər

Amerika hakimiyyəti ümid edir ki, ABŞ-ın xüsusi elçisi Robert Mellinin Moskva və Parisə qarşıdan gələn səfəri zamanı diplomatik sferada İranın nüvə proqramı üzrə gələcək addımlar barədə məsləhətləşmələr baş tutacaq. 

Bu barədə sentyabrın 7-də «Röyter» agentliyi Vaşinqton administrasiyasının nümayəndəsinə istinadla xəbər verib.

«Biz, müxtəlif həmkarlarla məsləhətləşmək istəyirik, gələcək fəaliyyətin hansı ən yaxşı olacaq ki, hələ də bilmirik, danışıqlar nə vaxt bərpa olunacaq, İranın nüvə proqramı üzrə işlər isə davam edir» - həmin əməkdaş qeyd edib.

«Bu səfər zamanı əsas diqqət ona yönələcək ki, İranın nüvə proqramı baxımından və Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə vəziyyət necədir - bu plan son 2 il yarım ərzində dayanıb» - nümayəndə əlavə edib.

Administrasiya əməkdaşının sözlərinə görə, xüsusi səfirin səfəri zamanı MAQATE idarəçiləri Şurasının gözlənilən iclası müzakirə olunacaq. Dərc olunan materiallarda qeyd olunur ki, Melli Çinə səfər etməyəcək, ancaq ABŞ əvvəlki kimi, İran məsələsində Çinlə hərtərtəfli təmasları dəstəkləyir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol