Menu

“Rusiya, İran və Çin taliblərlə razılığa gəlməyin yollarını axtarırlar” - Bayden

09.09.2021, 00:11
“Rusiya, İran və Çin taliblərlə razılığa gəlməyin yollarını axtarırlar” - Bayden

Rusiya, İran və Çin «Taliban» radikal hərəkatı ilə razılığa gəlmək üçün cəhd göstərəcəklər.

Bu fikri sentyabrın 7-də ABŞ prezidenti Co Bayden Nyu-York və Nyu-Cersi ştatlarına səfərindən sonra jurnalistlərə bildirib. Bu barədə «Röyter» agentliyi xəbər verib.

Çinin talibləri mümkün maliyyələşdirməsindən ehtiyat edirmi - sualına cavab verən dövlət başçısı deyib: «Çinin taliblərlə ciddi problemləri var».

«Onlar taliblərlə bəzi razılaşmalar hazırlamağa cəhd edəcəklər, mən əminəm, Pakistan kimi Rusiya və İran da. Onların hamısı anlamaq istəyirlər ki, indi nə etməlidirlər» - o, hesab edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol