Menu

Keçmiş Milli Qəhrəman Rasim Əkbərov bıçaqlanıb

08.09.2021, 22:57
Keçmiş Milli Qəhrəman Rasim Əkbərov bıçaqlanıb

Goranboy rayonunda orta yaşlı kişi bıçaq xəsarəti alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Goranboy şəhərində qeydə alınıb. Bıçaq xəsarəti alan orta yaşlı kişi, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Bıçaqlanan şəxsin 1956-cı il təvəllüdlü Rasim Ağa oğlu Əkbərov olduğu deyilir.

Rasim Əkbərovu bıçaqlamaqda şübhəli bilinən Xaliq Məmmədov saxlanılıb. Saxlanılan ifadəsində bildirib ki, Rasim Əkbərovu yaxını olan bir qıza söz atdığı üçün bıçaqlayıb.

Qeyd edək ki, 5-6 bıçaq xəsarəti alan Rasim Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri və Azərbaycanın Milli Qəhrəmanı olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub.

Şərhlər

t.ədalət 2021-09-09 21:09:29

Rasim Əkbərovun Vətənin müdafiəsində böyük xidmətləri var.Onunla tez-tez cəbhə xəttindəki "pozisiyalarda" rastlaşırdıq.Bir dəfə,Goranboyun daölıq hissəsinin yamaclarından birində kartof toplayan Kəlbəcər sakinləri olan uşaqları "Musto" deyilən bir kürd güllələmişdi.Rasim bu hadisəyə görə "musto"nu Goranboydan qovdu.Bizim müharibə dövrü ilə bağlı çoxlu kədərli hadisələrimiz var.Təəssüf ki üstünü açmaq olmur.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol