BAKI VƏ ANKARADAN MOSKVAYA CAVAB... - Qarabağda antiterror əməliyyatları başlayır?

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir və bütün növ hərbi təlimlər demək olar ki, baş tutub. İki qardaş ölkənin orduları ən çətin relyeflərdə, coğrafiyalarda təlimləri uğurla yekunlaşdırıblar. “Yeni Müsavat” yazır ki, ictimaiyyət bu təlimlərin nəticəsinin nədən ibarət olacağını sorğu-sual edir.

Cəmiyyətdən çağırışlar səslənir ki, keçirilən təlimlər nə zaman praktikada sınaqdan çıxarılacaq? Yəni Qarabağın dağlıq ərazilərindən çıxmayan və Rusiyadan açıq dəstək alan separatçı erməni silahlı birləşmələrinə qarşı antiterror tədbirləri yaxın perspektivdə reallaşa bilərmi? Son olaraq Laçında keçirilən iki ölkənin xüsusi təyinatlılarının təlimləri, irəlidə isə Türkiyə, Pakistan və Azərbaycan hərbçilərinin birgə təlimlərinin nəzərdə tutulması ictimaiyyətdə təbii olaraq müəyyən mülahizələr irəli sürməyə əsas verir. Ümumiyyətlə, dövlətlər nəzarət edə bilmədikləri ərazilərdə antiterror əməliyyatlarını hansı hallarda və necə icra edirlər? Bu, beynəlxalq norma və qanunlarla tənzimlənirmi?

Ekspertlərin fikrincə, Bakı Laçın dəhlizinə vizual nəzarəti gücləndirir. Türkiyə ilə birgə təlimlərin dəhlizin keçdiyi bölgədə keçirilməsi Azərbaycanın bu nəzarətdən geri çəkilməyəcəyi, əksinə, daha da artıracağı deməkdir və təlimlər bu prosesdə Bakının əlini gücləndirməyə hesablanıb. Analitiklərin sözlərinə görə, təlimlər həm də Laçın dəhlizində “təhlükəsizliyi təmin etmək” və PUA hücumlarına qarşı təlim keçirən rus sülhməramlılarına cavab hesab oluna bilər - Bakı və Ankara dəhlizin keçdiyi Laçında “əzələ nümayişi” edir. Bundan başqa, Ermənistan ordusunu modernizasiya edən qonşu ölkələr var. Düşmənə yük daşıyan, Xankəndinə silah-sursat keçirilməsinə öz sərhədindən şərait yaradan qonşular var. Azərbaycan artıq rəsmi şəkildə buna görə Rusiya və İrana nota göndərib. O baxımdan birgə təlimlərlə həmçinin cənub və şimal qonşularına da eyham vurulur ki, Azərbaycan əl-qolunu sallamayıb, müharibə bitsə də, problemlər var, Türkiyə, Pakistan kimi müttəfiqlərlə birgədir.

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, hər zaman təlimlər keçirilir və mətbuata açıqlanmayan təlimlər də var: “Türkiyədə, Pakistanda və onların Azərbaycanda müvafiq hərbi bölmələrinin təlimləri olur. Lakin ictimaiyyətə açıqlanmır. Mətbuata açıqlanan hissəsi yalnız siyasi mahiyyət kəsb edir. Bu təlimlər təkcə ermənilərə deyil, regionda yerləşən və dost olmayan ölkələrə də bir mesajdır. Bu təlimlərin keçirilməsi həm də birgə təcrübə mübadiləsidir”.

Ekspertin fikrincə, təlimlərin əhəmiyyəti həm də budur ki, əvvəllər məkanı haqda məlumat verilmirdisə, indi Azərbaycan təlimlərin olduğu yerləri məxfi saxlamır: “Laçın və Naxçıvan ərazisində hərbi təlimlər keçirilir. Ermənilərə himayədarlıq edən qüvvələrə bir nümayişdir. Antiterror əməliyyatına gəlincə, artıq başlayıb. Şuşa ətrafında erməni dəstələrinin cavabı verilib. Bu baxımdan nəticə var və proses başlayıb. Daha geniş miqyasda əməliyyatların keçirilməsi hər an gözləniləndir. Çünki Qarabağdakı separatçıların, xüsusən Vitali Balasanyan, Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan və Araik Aryuntunyana bağlı silahlı qüvvələr var”.

635x100

Şərhlər

Er azlardan 2021-09-09 14:45:34

Onlar əla, biz 2 ci sort insaniqmı (vətəndaşıqmı)? Ermənistanda neçə faiz türk-azərbaycanlı var, Azərbaycanda da təqribən həmin xüsusi faizdə erməni saxlamaq ən doğru status-kvodur!

t.ədalət 2021-09-09 11:49:27

Bir anti-terror əməliyyatı da Rusiyanın casuslarına,parlamentdəki"5 kolona" qarşı keçirilsə yaxşı olar.....

Özündən SİYASƏT 2021-09-09 11:09:07

Niyə aöı yersiz münaqişə üzərində SİYASƏT quraşdırırsınız? 100 öncə qriqorian sektasına bir respublika bəxş etmisiniz kifayətdir! İndi, Qarabağdakıları da (necə azəri türklərini Erənistan qovub?) Ermənistana köçürün münaqişə birdəfəlik bitsin! Bu ilk növbədə Kremlə, sonra rəmi Bakıya və marağı olan bütün beynəlxalq qurunlara qəti müraciətdir.

Son yazılar