Menu

Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub

09.09.2021, 17:13
Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Klinikadan "Report"a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir", - xəstəxanadan bildirilib.

Şərhlər

Xalq 2021-09-09 17:41:17

Yaqub bəyə Allahdan şəfa diləyirik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol