“İran demək olar nüvə silahına sahib olmağın bir addımlığındadır. Lakin Tehran anlamalıdır ki, bu cür fəaliyyətlər cavabsız qalmayacaq”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu İsrailin xarici işlər naziri Yair Lapid RİA “Novosti”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərbin İrana münasibətdə hazırkı strategiyası və Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) effektli deyil, Vyanada danışıqlar yoxdur, HBFP işləmir, Tehrana qarşı sanksiyalar isə yetərli deyil.
“İran vaxt qazanmağa çalışaraq əslində öz nüvə proqramını zənginləşdirir. İran nüvə dövləti olmaq ərəfəsindədir. Biz buna imkan verə bilmərik”, - deyə XİN başçısı vurğulayıb.


Şərhlər
Heyifki şərhlərimi vermirsiz,demək istəyirəmki günlərin birində İngilislər İsrailidə Əfqanıstandakı kimi yarımçıq qoyub gedəcəklər.
Cənab nazir! Bəlkə də iran artıq nüvə silahına malikdir.
Nüvəni əldə edibsə, silahı nəyə gərək? Artıq, ona yaxınlaşma, toxunma hər iki tərəfə təhlükə deyilmi?