Menu

Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina edib

10.09.2021, 14:11
Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina edib

Ermənistan Milli Məclisi Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub.

Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib. Beləliklə, qərar layihəsi qəbul edilməyib.

Qeyd edək ki, bu təşəbbüslə müxalif “Hayastan” fraksiyası çıxış etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol