MURADOVDAN BOYUNU AŞAN İDDİA... - Yaxud “sülhməramlılar”ın Qarabağda qalma müddətini kim təyin edir?

Qarabağa “sülhməramlı” adıyla yerləşdirilən Rusiya hərbi kontingentinin sabiq başçısı, general Rüstəm Muradov Rusiyanın “TASS” Agentliyinə açıqlama verib. 

“AzPolitika.info” xəbər verir ki, Qarabağdakı “xidməti” barədə danışan Muradov “sülhməramlılar”ın işini yüksək qiymətləndirdiyini deyib.

Bununla yanaşı, rusiyalı general onların fəaliyyətinə əsas qiyməti “dinc əhalinin” verdiyini bildirib: “Bizə qiyməti dinc əhali verir. Bu gün Qarabağda həyat tam axarı ilə davam edir. Əlbəttə ki, çətin məsələlər var, amma proses gedir – insanların qayıtması, bir sıra problemlərin həlli. Ona görə düşünürəm ki, hər şey normaldır”.

Muradovun açıqlamasının ən maraqlı yeri isə “sülhməramlılar”ın Qarabağda qalma müddətilə bağlı olub.

O, rus hərbi kontingentinin gözlənilən xidmət müddətilə bağlı deyib: “Birinci beş il üç dövlət başçısının imzaladığı razılaşmaya görədir. Daha sonra rus sülhməramlı kontingentinin vaxtının uzadılmasıyla bağlı qərar qəbul olunacaq”.

Rusiyalı generalın bu açıqlaması erməni mətbuatında böyük həvəslə qarşılanaraq, tirajlanıb. Hansı ki, istər ermənilər, istərsə də Muradov kimilər yaxşı bilirlər ki, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətilə bağlı şərt 10 noyabr üçtərəfli razılaşmasının 4-cü bəndində açıq şəkildə göstərilib.

Orada deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.”

Yəni ki, rus hərbi birləşməsinin Qarabağda qalma müddəti Muradovun dediyi hansısa mücərrəd “qərar qəbul olunacaq” ifadəsilə yox, razılaşmanın 4-cü bəndilə müəyyən olunur. Orada isə Azərbaycanın 5 ilin tamamına 6 ay qalmış “sülhməramlılar”ı öz suveren ərazilərindən yola salmaq hüququ təsbit olunub. Odur ki, belə qərarların verilməsi rüstəmovlar, kosobokovlar və s. bu qəbildən olanların boyunu aşan məsələdir. Və şübhəsizdir ki, bu məsələdə Azərbaycanın mövqeyi və iradəsi həlledici rol oynayacaq.

“Sülhməramlılar”ın fəaliyyətinə verilən qiymətə gəlincə isə Muradov və onun rəhbərləri təkcə Qarabağda ilişib qalan, müharibə günlərində isə Azərbaycan Ordusuna silah çəkən “dinc əhali” adlandırdıqları ermənilərin yox, Azərbaycan əhalisinin və cəmiyyətinin də münasibəti və mövqeyilə hesablaşmağa borcludurlar. Bu münasibətin hansı dərəcədə neqativ olduğunu isə həmin bu “sülh göyərçinləri”nin özləri də bilməmiş deyillər....

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2021-09-13 09:33:17

"MURADOVDAN BOYUNU AŞAN İDDİA..."...məsələnin incə tərəflərindən biri Muradovun boyuna uyğun QƏMİŞİN tapılmamasıdır, tapılsa problemlər olmaz, Rüstəmin əziz canı üçün...

Vətəndaş 2021-09-10 21:38:36

rusu gətirib soxdular içimizə bizi yenidən oda saldılar. Xəbərimiz yoxdur ki Suriyayadakı vəziyyətdəyik

Xalq 2021-09-10 20:56:15

"rus sülhməramlıları" elə indidən evlərinə yola salmaq lazımdır. Yoxsa bunlar hələ çox qələtlər eləyəcəklər.

Niyaməddin 2021-09-10 20:36:08

Biz sadəlövh insanlar hələ də anlamırıq ki, sənəd, 4-cü bənd və ilaxır və s. Rusiya üçün boş bir şeydir. Bu lənətə gəlmişlər ancaq güc dilindən anlayırlar. Türk ordusu Azərbaycana daxil olmalıdır. Türk hərbi bazaları dərhal Azərbaycanda qurulmalıdır, dərhal!

Eli 2021-09-10 16:47:58

Ay gerizekalı general sen bir zabit ve bir insan kimi heç müselman kimi yox ,ölke başçıların da bir normal bir dövlet xadimi kimi öxletine hesabat verirler ki,acı bu dünyada Beynelxalq qanunlar mövcuddyr ki bu bütün ölkelere aiddir siz onlara emrl edirdinizmi?Edirsinizse onda 30 il haqqı yeyiken Azerbaycana Qarabağdan Sizi kömeyinizle sürgün edirlen 1 millon qaçının haqqını bir defe de olsun Beynelxalq seviyyede dike getirdinizmi elbette yıx.İninci dünya müharebesinde 400 vetendsşı helak olan onun neft mehsullarını hesabına mühatibeni udam Rusiys niye indi bixi yox ermenileri müdafie edir yeni haqqı yox nahaqwı müdafie edir.Sizin sifetiniz bu deyilmi .Buna görd de bütün dünya size nifret edir Bixzim Dizr ols bilet ki bu hün gücümüc çatmasın a

Son yazılar