Bu gün Suraxanıda bu rayondakı məktəbləri bitirən və 600 baldan yüksək nəticə göstərərək tələbə adını qazanan abituriyentlərlə görüş keçirilib. Görüşdə millət vəkili Etibar Əliyev də iştirak edib.
Bu barədə deputat Etibar Əliyev özünün "facebook" səhifəsində məlumat verib.
Rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan görüşdə millət vəkili Etibar Əliyev çıxış edərək gənclərə təhsillərində uğurlar arzulayıb.
"Tövsiyyələrimizi verdik. Gənclər bizim gələcəyimizdir. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova təşəkkürümü bildirirəm" - deyə, E. Əliyev yazıb.





Şərhlər