Menu

İtaliyada qasırğa olub, ölənlər və xəsarət alanlar var

11.09.2021, 00:25
İtaliyada qasırğa olub, ölənlər və xəsarət alanlar var

İtaliyanın cənubundakı Antelleriya adasında baş verən qasırğa nəticəsində azı 2 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məlumatda daha 9 insanın xəsarət aldığı bildirilir.

Qəzet bildirib ki, azı 10 avtomobilə ziyan dəyib. Təbii hadisə digər mülki infrastrukturlara da ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol