Menu

Rusiya ABŞ-a xəbərdarlıq etdi

11.09.2021, 00:40
Rusiya ABŞ-a xəbərdarlıq etdi

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomat Rusiya XİN başçısının müavini Sergey Ryabkovla görüşüb.

Görüş zamanı Rusiyada keçiriləcək parlament seçkiləri prosesinə ABŞ-ın texnoloji nəhəngləri tərəfindən müdaxilənin yolverilməzliyi səfirin diqqətinə çatdırılıb. Həmçinin, Rusiya tərəfinin bunu təsdiq edən sübutlara malik olması barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçkilər 17-19 sentyabrda baş tutacaq.

Şərhlər

Eli 2021-09-11 01:06:02

Bu Rusiya ne gündedir.ABŞ da ele onun bir tayıdır.Yeni bir çüt ayaqqabı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol