Menu

Gəncədə 17 yaşlı qız intihara cəhd edib

11.09.2021, 14:36
Gəncədə 17 yaşlı qız intihara cəhd edib

Gəncədə 17 yaşlı qız intihara cəhd edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin M.Axundzadə küçəsində 2004-cü il təvəllüdlü H.E özünü asaraq intihar etmək istəyib.

Son anda yaxınları onun həyatını xilas edə bilib.

Xəstəxanaya yerləşdirilən gənc qızın vəziyyəti ağır qiymətləndirilir.

Onun hansı səbəbdən intihar etmək istədiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol