İRAN YENƏ QAÇAQ YOLLA QARABAĞA YÜK DAŞIYIR... - Yeni fotosübutlar + VİDEO

Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Belə ki, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb. Giriş-çıxış tarixləri də məlumdur - 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, həmçinin 3, 4, 5, 6, 7 avqust.

Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib. Səbəb həqiqətən tutarlı idi: İran yük maşınları ilə Qarabağa qanunsuz yük daşınması. Azərbaycan tərəfinin Azərbaycan-İran münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi şəkildə narahat olması aşkar surətdə səfirin diqqətinə çatdırılıb.

“Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin rəsmi Bakının icazəsi olmadan davamlı olaraq Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə edilib. Bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı səfirin qarşısında bir daha qaldırılıb”, - deyə Azərbaycan XİN-in Mətbuat Xidmətinin açıqlamasında bildirilib.

Rəsmi Bakı həmin vaxt bəyan etdi ki, İranın yeni administrasiyası tərəfindən bu kimi qanunsuz hallara son qoyulması istiqamətində əməli addımların atılacağını gözləyir.

Düz bir ay keçdi. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakının etirazlarını nəzərə alıbmı? Lazımi yoxlamaları həyata keçiribmi? Qətiyyən!

Caliber.Az İrana məxsus yük maşınlarının Bakının kəskin etirazına baxmayaraq Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv video görüntülər əldə edib.

Bizə dəqiq məlum olub ki, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədli 58 yük maşını (xüsusən yanacaq və sürtkü yağları ilə yüklənmiş) girib, daha sonra onlardan 55-i geri qayıdıb.

Həmçinin aldığımız məlumata görə, iranlılar və ermənilər müxtəlif hiylələrə əl atırlar. Məsələn, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, İrəvandan Xankəndinə gedən İrana məxsus yük maşınlarının dəqiq sayını gizlətmək üçün İrana məxsus yük maşınlarına Ermənistanın qeydiyyat nömrələri qoyulur. Onlar elə hesab edir ki, bu hiylə ilə kimisə aldada bilərlər. İranlılar bu nömrələrin yük maşınından yük maşınına ötürülərək təkrarlandığını unudublar və bununla bağlı bizim əlimizdə konkret foto sübutlar var.

Faktlar təkzibedilməzdir. Bəs İran mollaları indi nə cavab verəcəklər? Yenə dostluq barədə danışıb, amma əsla dost kimi davranmayacaqlar?

Qeyd etmək yerinə düşər ki, İrandan Qarabağa qanunsuz yüklərin köçürülməsi Bakının müasir videomüşahidə sistemlərinə malik olduğunu dəfələrlə bildirməsinə baxmayaraq həyata keçirilir. Və əgər bu biabırçılıq sülh dövründə, gözümüzün qabağında baş verirsə, iranlıların Vətən müharibəmiz zamanı və torpaqlarımızın təxminən 30 illik işğalı dövründə nə etdiklərini təsəvvür etmək belə qorxuncdur! Axı, hətta nüfuzlu dünya mediası, xüsusən də “The Economist” bir vaxtlar yazırdı ki, iranlılar Qarabağın işğalı illərində erməni vandalları tərəfindən dağıdılan və sökülən hər şeyi - daşları, kərpicləri, azərbaycanlıların evlərindən və binalardan damları, boruları, hətta evlərindən qovulan azərbaycanlıların ev əşyalarını belə fəal şəkildə satın alıblar.

İranlılar Laçın dəhlizinin ovucumuzun içində olduğu halda bu gün də Qarabağa yanacaq və sürtkü yağları gətirirlərsə, bu, hərbi əməliyyatlar dövründə erməni tanklarının İran yanacağı ilə işlədiyi anlamına gəlirmi?

Bu yaxınlarda İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin sərhəd bölgəsinə səfərini xatırlatmaq yerinə düşər. Həmin vaxt səfir, guya iki ölkə arasında sərhəd mübahisələrinin davam etməsindən narahatlığını bildirdi. Biz həmçinin onun binokldan Azərbaycanın mövqelərinə tamaşa etdiyini də xatırlayırıq. Gördüyümüz kimi, cənub qonşumuzun dost olmayan davranışı dəyişməyib.

İranlıların avqust ayında vətəndaşlarını Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında işləmək üçün fəal şəkildə cəlb etdiklərini də xatırlatmaq yerinə düşər.

İRNA agentliyi tərəfindən təşkil olunan vebinarda iranlı ekspertlərin Azərbaycan tərəfinin Gorus-Qafan yolunda hərəkəti məhdudlaşdırmaqla bağlı addımından güclü narahatlığını unutmamışıq. Düzdür, onlar öz auditoriyasına xatırlatmağı unudublar ki, bu məhdudlaşdırma azərbaycanlı sərhədçiyə hücumdan sonra asayişi bərpa etmək və ərazini təmizləməklə əlaqəli idi. Vebinar iştirakçıları müzakirələrində razılaşıblar ki, “İran regional güc kimi qüvvələrin balansını dəstəkləməlidir”. Yəni, açıq şəkildə Azərbaycana qarşı gəlmək üçün Ermənistanı dəstəkləməyə çağırdılar, çünki güclərin hazırkı balansı aşkardır.

Görünür, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi İran ritorikası və təxribatları şübhə doğurmur ki, bu dövlət daxili qorxularını və qarşısıalınmaz ambisiyalarını rəhbər tutaraq ölkəmizə meydan oxuyur. Seçim ilk növbədə onların özlərinə yaxşı şey vəd etmir.

Bu kontekstdə, mövcud olmayan bir mandat çərçivəsində fəaliyyət göstərən Rusiya sülhməramlılarının qəribə davranışlarını, yumşaq desək, gözardı edə bilmərik. Axı, ermənilərin və iranlıların hərəkətləri onların gözləri qarşısında baş verir. Buradan nə nəticə çıxır? Ya rusiyalı sülhməramlılar onlara həvalə edilmiş Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, buna inanmaq çətindir, ya da çox güman ki, bu, onların gizli razılığı ilə baş verir. Hətta etiraf edə bilərik ki, qəşəng gözləri üçün deyil, nağd pul üçün... Sülhməramlıların Laçın dəhlizindən keçənləri yoxlamamasını, eyni zamanda Qarabağı tərk etmək istəyənlərə əngəl yaratmasını başqa cür necə izah etmək olar? Sülhməramlıların Şuşaya getmək cəhdi səbəbi ilə separatçılara təslim etdiyi İzaura Balasanyanla bağlı son hadisəni xatırlamaq kifayətdir.

Biz çox yaxşı başa düşürük ki, Qarabağda yaşayan ermənilərdən “pasportların” müsadirə edilməsi və ya mənzillərin satışına qadağa qoyulması kimi maneələr erməni əhalisinin bölgədən çıxmasını dayandırmağa xidmət edir.

Vizual nəzarət vasitəsi ilə qeyd edildiyi kimi, 11 iyuldan 8 avqusta qədərki dövrdə 20 minə yaxın insan Xankəndini tərk edərək Ermənistana yollanıb, cəmi 15 min adam isə ora daxil olub. Sülhməramlılar da bunu görür və başa düşürlər - onların müvəqqəti məsuliyyət zonası boşaldılsa, sülhməramlı qüvvələrin Qarabağda olmasının məqsədəuyğunluğu məsələsi qaçılmaz olaraq ortaya çıxacaq.

Azərbaycan tərəfi bu gün hər şeyi görür, sənədləşdirir və müvafiq nəticələr çıxarır. Biz İran tərəfinə təkzibolunmayan konkret faktlar təqdim etdik. İran şirkətlərinin Şuşadakı yuxarı “Gövhər Ağa” məscidini qanunsuz olaraq yenidən inşa edərək Azərbaycan üsulundan fars üsuluna “çevirdikləri” günlər geridə qaldı və rəsmi Tehran bunu həyasızcasına rədd etdi. Bu gün biz hər şeyi görürük. İran indi Azərbaycan xalqına necə cavab verəcək?

635x100

Şərhlər

Eli 2021-09-13 14:11:45

Dunya siyasetine tesiretme iqtidarında olan ,dövletler yaradıb dövletler mehv eden güclerden,Beynelxslq teşkilatlardan BMT ATET soruşmaq lazımdır

Roma 2021-09-13 09:29:45

İran artıq demək olar ki, ermənini açıq-aşkar dəstəkləyir, ancaq bu hal çox getməz, İran Azəriləri faktoru və Şeyx Həzrətlərinin Fətva faktoru...

Eli 2021-09-12 21:32:43

Dunya siyasetini müeyyen eden dövletler yaradınbe öehv edenlere susl vermek lazımdır :axı nece ola biler ki dörd terefden azerbaycanlılar yaşayan torpaqlarla ehate olunan ve Azerbaycanın düz göneyimde yerleşen etdzxi ermenilere mexsus olsun ve onlar burada ikinci bir ermeni dçvleti yaratmaq istedi. ve dünya da 30 il buna reaksiya vetmesim sussun be bir kilseye bir gülle deyende hamısi ayağa qalxsın.Budurmu Beynelxalq Hüqüq edalet.

Eli 2021-09-12 19:31:53

İndi mentiq ne deyir:bizim düşmenlerimix kimlerdir:Tebii ki Rusiya ve İran.Bes ermeniler?Ermeniler ise merdi illerdir qova qova düşmen etdiler.Beli onlar da bizim dümenimizdir özü de qan düşmenimiz.Adam fikirleşir ki bu qeder xeyanetlerden barbar ve vehşiliklerden sonra onlar ne fikirleşirler,bizim torpağımızda bizimlebir yerde nece yaşayacaqlar.

Eli 2021-09-12 19:21:35

PKK-nı yaradıb onlara herterfli destek vermekle İraqda ,Suriiyada bes.meselen Kerkükde,Mosulda azerbaycanlıları,türk leri öz doğma torpaglarından qovmaqla onları terrora öeruz qoyaraq bu torpalarda “Kürdüstan”dövleti yaratmağa heveslendiren hansı dövletlerdir:Rusiya ve İran.Bes ermenilet ve kürdlet?Yaqub Memmedov demişken bınlar dunyada geden siyadi proseslerin sadeсе «Решка»ларыдыр.

Eli 2021-09-12 18:50:05

Davamı.Erazisinde farsdan çox Azerbaycan türkü yaşayan ve öz ana dilinde mekteb ve diger tehsi şebeketinim yaradilmasina aadağa qoysn lakin öz dilinde tehsil alan etmenilere hemçinin spirtli içki müessiseletib yaradılmadına ve ondan istifadesine kim şerait yarsdıb kömke edir:İran İslam respublikasının dini rehberleri.Farsların qardaşları kimdir ?Elbette ermeniler.

Eli 2021-09-12 18:38:46

30 ilde Azerbaycanın işğal olunmuş Qarabağ erazisindeki bizim müqeddes mescidlerimizde donuz saxlayıb İslam dinini temel prinsiplerine hörmətsizlik edən Ermenistana hansı dövletler daim destek verib:İran ve Rusiya.İndi İranın cövlet başçilarının müselman olduğunabiz insnaq ya inanmayaq.Tarixe nezer salaq:Azerbaycanı kim Cenub ve Şimali Azerbaycana böldü:İran ve Rusiya.44günlük müharibede Ermenistznı aşkar be gizlin kim silahlandırdı:İran ve Rusiya.

Eli 2021-09-12 14:25:40

Bu .... fars -molla rejimi eslinde ermenilere kömeknetmekde meqsedi onları problemlerden qurtarmaq yox Cenubi ve Şimali Azerbaycanın ayağa qalxıb birleşmeyine mane olmaq ve Türkiyye başda olmaqla bütün Tüfk dünyasının bitliyine engel olmaqdır.Daha bu gerizekalılar dünyada geden siyasi prosesleri anlamırlar,başa düşmürler ki artıq gecdir proses başlayıb ve gec ya tez Bütöv bir Azerbaycan yaranacaq be Böyük Turan dövletinin yaranması zaman meselesidir,isteyir Dünya dağılsı ABŞ ,Rusiya Qerb ve s nirleşsede bu bsş verecekdir.Esr Türk Esridir ve günü görerik İnşaallah.

Roma 2021-09-12 08:36:32

Narahat olmayın, məsələ bir fətva ilə düzələcək, əgər şübhəniz varsa, Şeyx Həzrətlərindən soruşun...

Niyaməddin 2021-09-12 03:03:32

....Reallıq budur ki, dövlət, millət içərisində hələ də satqınlar, alçaqlar, oğraşlar at oynadırlar. Bizim işimiz Allaha qalıb. Onlara qan uddurmaq bizə borc olmalıdır! Biz cənab İlham Əliyevdən artıq dərəcədə xahiş edirik ki, Türkiyə ordusu Azərbaycana daxil olsun. Türk hərbi bazaları dərhal Azərbaycanda qurulsun.

turan 2021-09-11 21:16:18

ermənilər farslardan törənmişdirlər. Farslar öz balalarına qulluq edirlər

turan 2021-09-11 21:13:37

ermənilər farslardant

Eli 2021-09-11 19:30:43

Mence İranın başbilen mollaları bu qeder ki,müselman olan bizleri qoyub xristian ermenikere kömek edir ve 30 ilde davamlı yardım gösterib öz ölkesinde olan ve bu işe etiraz eden müselman azerbaycanlı qardaşlarımıza represssiyalar tetbiq edir,daha meqsedeuyğun olar ki onlar ele xristianlığı qebul edib ermenilerle qardaşlaşsın.Bu daha yaxşı olar ki bu fars molla rejiminin kim olduğu deqiqleşer.

Xalq 2021-09-11 19:19:57

məncə irana qarşı güclü bir cəza tədbiri görülməlidir!

Əsl müsəlman 2021-09-11 19:13:40

İran düşməndir, nöqtə.

Son yazılar