ERMƏNİ GENERALINI BOĞARAQ ÖLDÜRƏN QƏHRƏMANIMIZ... - Şəhidimizin cənnətdəki ilk doğum günüdür + VİDEO

Bu gün bir erməni genralnı və bir erməni polkovnikini boğaraq öldürən ŞƏHİD Cəbrayıl Dövlətzadənin cənnətdəki ilk doğum günüdür. O, 19 yaşında göstərdiyi misilsiz şücaətlə adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdırıb. 

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə Sərhəd Qoşunlarında xidmət etməyə başlayıb. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması ilə başlanan döyüşlərə könüllü qatılıb.

Gedəndə isə ailəsinə bircə söz deyir: “Könüllü gedirəm. Ölsəm belə sona qədər vuruşacağam!"

Dediyini edir də...

Döyüş yoldaşları deyir ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan geri qayıtmağı tələb edib: “Siz qayıdın, ailəniz sizi gözləyir, mən tək döyüşəcəm!” deyib düşmənin üzərinə gedib.

10-a yaxın erməni əsgər və zabitinin qarşısına təkbaşına gedən 19 yaşlı qəhrəmanımız onlarla əlbəyaxa döyüşə girib. Ermənilərin bir generalını və polkovnikini boğaraq öldürür. Özü isə şəhid olur.

Atası Dövlət Dövlətzadə deyir ki, övladının çətin anda olduğunu hiss edib: “Ona ard-arda dəfələrlə zəng elədim, amma açmadı. Çox nigaran idim. Hiss edirdim ki, başına nəsə gəlib. Axşama doğru zəng eləyib dedilər ki, Cəbrayıl şəhid olub”.

19 yaşlı qəhrəmanın cənazəsini təkcə yaxınları, qohumları, valideynləri deyil, bütün Azərbaycan xalqı qarşılayıb.

Çünki Cəbrayılın düşmənlə döyüşdə göstərdiyi qəhrəmanlıq, şücaət artıq dillər əzbəri idi. Hamı Cəbrayıl Dövlətzadənin 19 yaşına sığmayacaq cəsarətinə, qəhrəmanlığına heyran qalmışdı.

19 yaşlı qəhrəmanımız qisasını aldığı general Polad Həşimovun yanında II Fəxri Xiyabanda dəfn olunub.

Hər şəhid özündən sonra yazdığı qəhrəmanlıq dastanları ilə dillərdə gəzir, sevilir və ölümsüz olur. Azərbaycan xalqı heç vaxt öz qəhrəmanlarını unutmur, əksinə ona vəfa borcu olduğunu başa düşür və bu ölməz qəhrəmanların adlarını övladlarına verməklə əbədiləşdirirlər.

Adı əbədiləşdirilən növbəti qəhrəmanımız isə Cəbrayıl olacaq. 19 yaşlı qəhrəmanımızın göstərdiyi hünər isə onun adının qoyulacağı uşaqlar üçün böyük bir məsuliyyət yaradacaq.

İndi onunla yalnız ailəsi deyil, bütün Azərbaycan fəxr edir!

635x100

Şərhlər

Rauf Hacı 2021-09-12 09:13:50

İgid ölər,adı qalar.Belə oğullar haqqda gələcək nəsillərə yadigar qalsın deyə kitab yazıb,filmlər çəkmək lazımdır.

Niyaməddin 2021-09-12 03:19:58

Haqqını halal et qardaş! Allah rəhmət eləsin, nur içində yatasan!

Eli 2021-09-11 21:07:32

Qurban olaram Senin Qehreman Ruhuna,Mekanın Cennet olsun.Qeyretine qurban.

JJ 2021-09-11 20:25:19

Allah Shehidimize Rehmet elesin!

Xalq 2021-09-11 20:17:06

Allah qəhrəman şəhidimizə rəhmət eləsin! Ailəsinə səbr diləyirəm!

Son yazılar