RAMİN BAYRAMLI VƏZİFƏSİNDƏN İSTEFA VERDİ... - Özü açıqlama yaydı + FOTO(Yenilənib)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazıb.

TƏBİB-in sədri bu barədə Tviter səhifəsində paylaşım edib.

“Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, - deyə TƏBİB sədri sosial şəbəkədəki hesabında yazıb.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir. Bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib.

Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. “Dəqiqləşdirib deyərəm” kəlməsi ilə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.

635x100

Şərhlər

Oxucu 2021-09-12 22:42:11

Şəkidə kök salmış məmurlar, elxan və həsən ağa, onların sifarişlərini yerinə yetirənlər zərinə,rəfail nə vaxt gedəgəklər .....?

Mamedə 2021-09-12 22:31:26

Şəkidə kök salmış oriqaxlara heç kimin gücü çatmır..? Çatsa-çatsa yalnız Allahın gücü çatar ! kök salmıəş oriqaxlara

İslam 2021-09-12 22:12:52

Göresen dibazol vurublar ?

Serdar 2021-09-12 21:42:27

Allah belasini versin

Serdar 2021-09-12 21:39:29

Vicdansız....

Vətəndaş 2021-09-12 21:06:12

Bayramlı açıqıama versin ki,bu maxonasiyalardan nə qədər haram qazanıb.Bu daha doğru olardı.К

turan 2021-09-12 17:33:27

pullarını xaricdə əritməyə getdi

Zanzibar 2021-09-12 17:31:10

Iransa bu işi görənləri masaya yox....... otuzdurmag lazimdir!

Niyaməddin 2021-09-12 16:59:35

Allah rüşvətxorlara, zalımlara, kasıbların haqqını yeyənlərə lənət eləsin! Hər iki dünyada zəlil günə qalsınlar! Haqqımız haram olsun, gözümüzdən, burnunuzdan qan, irin olub gəlsin!

Niyaməddin 2021-09-12 16:58:32

Allah rüşvətxorlara, zalımlara, kasıbların haqqını yeyənlərə lənət eləsin! Hər iki dünyada zəlil günə qalsınlar! Haqqımız haram olsun, gözümüzdən, burnunuzdan qan, irin olub gəlsin!

Vətəndaş 2021-09-12 16:56:56

Heç nə düzələn deyil. İndi gələnə baxıb Raminin atasına rəhmət oxuyacaqlar. ... Könə hamam köhnə tas

Əli 2021-09-12 14:57:14

Bunun görəcəyi iş bura qədər idi. Yəni ona aid missiyanı başa vurdu. ....

Internet məlumati 2021-09-12 13:24:11

.............RAMİN BAYRAMLI oz XOŞU ilə YOX , torətdiyi biabirçiliqlara gorə , QOVULUB VƏZIFƏSINDƏN , çunki , bu miskin unsur , HARINLAŞMIŞDI və QUDURMUŞDU........ , onun barəsində , INTERNETDƏ , YOU TUBE kanallarinda məlumatlar yayilib ........

Samir 2021-09-12 12:24:51

Ozunu ele aparir sanki zerercekendi.

t.ədalət 2021-09-12 12:17:17

Ağıllı adamdır,yığdıqlarını götürüb getdi.İsa Nəcəfov kimi özəl poliklinika açıb xımır-xımır pullarını xərcləyəcək.

Cavid 2021-09-12 12:15:03

Hətta səhiyyə nazirindən artıq səlahiyyətlərə malik olan Bayranlı hansı səbəbdən istefa edir? Bunu düçünən varmı?Ya o yığdıqıarı haram pulların talei,ya da rüşvət vermək imkanı olmadığı səbəbilə həyatını itirmişlərin ahından qorxub? Axı onun yaşı və saqlamlığı işləməyə imkan verir. Müvafiq orqanlar niyə indiyə kimi onunla maraqlanmayıb?t

Cəmaləddin 2021-09-12 12:06:42

Niyə istefa verir ki? Sənəti üzrə işlə təmin olunub,vəzifəsi var,pul qazanır(rüşvət və baha qiymətlərlə), prnsiya yaşına çatmayıb.Burada başqa oyun görünür.Əldə etdiyi vəsaitin qanunsuz və haram olduğunu indi başa düşüb,kimsə onu başa salıb.Başqa bir səbəb grünmür.reqb

Fazil 2021-09-12 11:45:02

Uigdi bitirdi .indi rfir

Samir 2021-09-12 11:37:17

Allah inwAllah belasini versin

Mamed 2021-09-12 09:59:22

Shakide rusvetxorluq bas alib gedir huquq orqanlari buna goz yumur her birinin varidati Sheki serhedini otub. Niye gore rusvetxorluq herkese qarsi eyni aparilmir? 10 ilden coxdur oliqarxlar Sekide kok salib hec kimin sesi cixmir! Ona gore de aparilan islahata sakinler inanmir. hec bir qezet shekiden yazmir yeqin dolyalari catir

Nazim 2021-09-11 23:36:34

Təsadüfı adamlara insan həyatını etibar edilməsi yalnışdır. ziyanın yarısından qayıtmaq da xeyirdir.

Son yazılar