Menu

"Krımın birləşdirilməsi qanunsuz idi" - Putin

25.10.2014, 09:06
"Krımın birləşdirilməsi qanunsuz idi" - Putin

Rusiya prezidenti SSRİ dönəmindən danışıb

Rusiya prezidenti Vladimir Putin Krımın birləşdirilməəsi ilə bağlı açıqqlama verib.

ANS PRESS-in məlumatına görə, Putin bildirib ki, Krımın Ukraynaya birləşdirilməsi əvvəlcədən qanunsuz olub. Prezident bu haqda o beynəlxalq "Valday" klubunun iştirakçıları qarşısında çıxışında deyib.

"Krımın Ukraynaya birləşdirilməsi SSRİ qanununun pozulmasıyla həyata keçirilmişdi. Bir ərazini başqa sovet respublikasına vermək üçün iki respublikanın ali sovetinin qərarı olmalı idi. Bu qüvvədə olan qanunvericiliyin kobud pozuntusu idi", - Putin bildirib.

Qeyd edək ki, Rusiya Krım yarımadasını bu il öz tərkibinə qatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol