Menu

DİN-də şəhid oğluna vəzifə verildi

13.09.2021, 10:11
DİN-də şəhid oğluna vəzifə verildi

Daxili işlər nazirliyində kadr dəyişikliyi olub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Şuşa Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşı Əsgərov Sənan Xəzani oğlu Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əsgərov şəhid Xəzani Əsgərovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol