Menu

“Pandemiyanın vaksinasiya ilə bitəcəyinə şübhə edirik” - ÜST

13.09.2021, 10:21
“Pandemiyanın vaksinasiya ilə bitəcəyinə şübhə edirik” - ÜST

Dünya ölkələrində koronavirusa yoluxma sayının artmasının bir nömrəli səbəbkarı olaraq göstərilən “Delta” variantı Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir.

“Haber Global” xəbər verir ki, bu barədə qurumun Avropa bölməsinin rəhbəri Hans Klüge məlumat verib.

O, əvvəlcə qlobal miqyasda vaksinasiyanın 70% səviyyəsinə çatdığı halda pandemiyanın başa çatacağını düşündüklərini, lakin artıq fikirlərini dəyişərək buna şübhə etdiklərini bildirib.

Klügenin sözlərinə görə, hazırda təşkilat peyvəndin əlavə dozaları barədə müzakirələr aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol