Menu

Bu Anlaşma Memorandumu hər il uzadılacaq - Ləğvetmə tələbi göndərilməzsə

13.09.2021, 16:09
Bu Anlaşma Memorandumu hər il uzadılacaq - Ləğvetmə tələbi göndərilməzsə

“Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun qüvvədəolma müddəti açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunda əksini tapıb.

Qeyd edilib ki, Anlaşma Memorandumu 1 (bir) il müddətində etibarlıdır və tərəflərdən birinin bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.

Şərhlər

Xalq 2021-09-13 18:38:24

rus "sülhməramlı" qüvvələrinin Qarabağda qalma müddətini də 10 noyabr bəyənnaməsində maksimum 1 il göstərəydiniz da, niyə rusa 5 il vaxt verirsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol