Menu

Türkiyədə bu gün koronavirusdan 231 nəfər ölüb

13.09.2021, 22:27
Türkiyədə bu gün koronavirusdan 231 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan 231 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 319 110 nəfər test edilib, onların 24 613-nün koronavirus testi pozitiv nəticə verib, 26 052 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 102 431 607 peyvənd tətbiq edilib ki, bunun 83, 42 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol