YAQUB ZURUFÇU VƏFAT ETDİ (Yeniləndi)

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu, həkimlərin bütün səylərinə baxmayaraq, bir qədər əvvəl vəfat edib. 

Bu barədə onun müalicə aldığı "Yeni Klinika"dan məlumat verilib.

***

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

"Yeni Klinika”dan "Report"a bildirilib ki, sənətçinin vəziyyəti çox kirtikdir.

"Təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

635x100

Şərhlər

Xalq 2021-09-14 19:19:54

Allah rəhmət eləsin!

Rasim 2021-09-14 18:44:28

Allah Rehmet elesin..yaxsi insan idi

Son yazılar