"Taliban” Əhməd Şah Məsudun məzar daşını bərpa edib - Videomüraciət yaydı + VİDEO
Baxiş sayı:
Dərc olunub:
14/09/2021 - 21:37
"Taliban” Əhməd Şah Məsudun Pəncşirdə yerləşən məzar daşını bərpa edib. Bu gün bir qrup “Taliban” silahlısı məzarın qarşısında dayanaraq ictimaiyyətə müraciət ediblər.
Onlar iddia ediblər ki, məzar daşının və onun üzərində olan yazılı şüşənin dağıdılmasının “Taliban”la heç bir əlaqəsi yoxdur və bu əməl bir qrup fanatik tərəfindən törədilib.
“Biz Əfqanıstan İslam Əmirliyinin mücahidləri olaraq məzarı bərpa etdik. Özünüz şahidsiniz ki, biz hazırda məqbərənin daxilindəyik. Məzar daşı və onun üzərində olan şüşə lövhə bərpa edilib. Biz o şüşəni sındırmamışdıq. Bu əməli Əhməd Şaha qarşı ədavəti olan şəxslər etmişdi”, - deyə videoda danışan “Taliban” üzvlərindən biri söyləyib.( “Sputnik” Əfqanıstan)
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.