Sabahdan “Aİ-95” və “Aİ-98” benzinin qiymətində dəyişiklik olacaq

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək. Oxu.Az-ın məlumatına görə, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

635x100

Şərhlər

vidadi goyce 2021-09-15 09:29:29

olke nefti ruminiyaya dashinir, orada benzin istehsal edilir ve azerbaycanda satilir.

RR 2021-09-15 02:59:45

Biyabrciliq ))) cekmeci , cekmesizdi ))))))

t.ədalət 2021-09-14 22:24:17

Görünür,Ölkə iqtisadiyyatı tam dayanıb.Yoxsa büdcəni əhalinin belinə yükləmək lazım gəlməzdi.Təəssüf ki hələ də iqtisadiyyat onu idarə edə biləcək təcrübəli kadra tapşırılmır....

JJ 2021-09-14 22:00:52

Ne gozel xeberdi, hemishe xoshxeber olasiz!

Son yazılar