Menu

Bakının işğaldan azad olunması münasibətilə Pirəkəşküldə hərbçilərin yürüşü başlayıb

15.09.2021, 10:27
Bakının işğaldan azad olunması münasibətilə Pirəkəşküldə hərbçilərin yürüşü başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb.

Hərbi qulluqçular orkestrin müşaiyəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş edirlər.

Yürüşdə 100 hərbçi iştirak edir.

Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol