Ermənistan XİN başçısı və müdafiə naziri Düşənbədəki iclasa qatılmayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, təhlükəsizlik şurası katibləri şurasının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək iclasında iştirak etməyəcək.

“Report” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Aysor”a bildirib.

“O sentyabrın 16-da Düşənbəyə səfər edəcək. KTMT-nin işində iştirak edəcək və bir sıra görüşlər keçirəcək”, - o qeyd edib.

Məlumata görə, Ararat Mirzoyanın səfərinin təxirə salınmasına səbəb kimi təyyarənin nasaz olması göstərilir.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan da məlum iclasda iştirak etmək üçün Düşənbəyə səfər etməyib. Bildirilib ki, səfərin təxirə salınması onun anasının ölümü ilə əlaqələndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar