AZƏRBAYCAN POLİSİ GORUS-QAFAN YOLUNDA İKİ İRANLI SÜRÜCÜNÜ SAXLADI - Xankəndinə qanunsuz yük daşıyıblar

Xankəndiyə yük daşıyan iki iranlı sürücü Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanılıb. Bu barədə erməni mətbuatı məlumat yayıb. 

Məlumata görə, onlara bildirilib ki, Azərbaycan ərazisinə qanunsuz yük daşımaq qadağandır.

“Azad İran” kanalının verdiyi məlumata görə, sürücülərə İran tərəfi ilə danışmaq imkanı yaradılıb.

Məsələ barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: “Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

O qeyd edib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək. (oxu.az)

635x100

Şərhlər

Eli 2021-09-16 12:37:41

Bu sürücüler azerbaycanlılardır ve Tebrizlilerdir esasen ve bunların farsdan ermeniden heç bir ferqi yoxdur bele axmaq bivec qeyretsiz qardaşdansa ele Fahişe ermeni “axçileri “yaxşıdır” yene onlar “neyese” yarıyarlar Bınlar Milletin üzqarasıdırKul olsun bu milletin biqeyretlerinin başına li Allahları Puldur.

Eli 2021-09-15 21:05:19

Bu sürücüler

Səbuhi 2021-09-15 20:23:53

Azərbaycan Respublikası ilə qonşu ölkələr BİZİM VƏ BEYNƏLXALQ qanunlara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının fəaliyyətində uğurlar arzulayıram. Hər birimiz ÖLKƏMİZİN TƏHLÜKƏSİZLİYİ İSTİQAMƏTİNDƏ BİR OLMALIYIQ.

Son yazılar