Menu

OHANYANATA - Sovet dövrünün xəritələri "şübhə" doğurursa, ADR xəritələrini əsas götürək!

16.09.2021, 00:04
OHANYANATA - Sovet dövrünün xəritələri "şübhə" doğurursa, ADR xəritələrini əsas götürək!

Ermənistanın sabiq müdafə naziri Seyran Ohanyan yenə zəvzəyib və bəzi nəsnələrdən baş çıxara bilmədiyini dilə gətirib. Bu adamcığaz hərbi canidir - Qarabağımızı viran qoyanlardan, insanlarımızı qətlə yetirənlərdən biridir və 44 günlük müharibədəki total məğlubiyyətdən sonra, zaman-zaman sərsəm çıxışlar edərək, sadəcə özünü yada salır. Bu, yaxşıdır və onun hakim qarşısına çıxarılacağı günü yaxınlaşdırır…

Erməni mənbələrinin məlumatına görə, Seyrançik sentyabrın 15-də Milli Məclisdə yenə danışıb və sarsaq bəyanatlarla yadda qalıb. O bildirib ki, Ermənistanın indiki hakimiyyəti ölkənin müdafiə qabiliyyətinin artırılmasına xidmət etmir və başa düşülən deyil ki, Ermənistanın cənub-şərqi «bir güllə belə atılmadan təhvil verilir», o zaman ki, hələ də sərhədlərin delimitasiyası və demarkasiyası barədə heç bir müqavilə yoxdur və s.

«Ermənistan və Azərbaycan arasında sərhədlərin sovet xəritələri əsasında müəyyən edilməsi nə deməkdir? Onların hansı hüquqi əsasları var, onlar harada tanınıb?...» - Seyrançik sarsaqlayıb.

Bu yaramaz hələ də anlamaq istəmir ki, Ermənistan da, Azərbaycan da həmin xəritələrin tərtib olunduğu illərdə SSRi-nin şinelindən çıxmışdı və xəritələr də dünya birliyi (BMT) tərəfindən rəsmi sənəd kimi tanınıb. Burası bir başqa məsələdir ki, hərbi cani Seyrançik bu sənədləri tanımaqdan və deməli, iki respublika arasında sərhədlərin delimitasiya və demarkasiyasından israrla yayınmağa çalışır. Belədə, onun yaddaşını başqa yolla oyatmaq lazım gələcək - sovet xəritələri onda şübhə doğurursa, neynək, o zaman Azərbaycan Demokratik Respublikası (ADR) dövrü xəritələrinə istinad edərik. Bu sənədlərdə Zəngəzur, Göyçə mahalları, ta Dilicana qədər ADR ərazisi kimi göstərilib…

Ümumiyyətlə, görünən odur ki, 44 günlük müharibə bir sıra erməni siyasətçiləri kimi, keçmiş nazir, Şuşa fərarisi (Şuşanın müdafiəsinə bu topal ördək cavabdeh idi. Amma Azərbaycan əsgərinin yaxınlaşdığını görüncə aradan çıxmışdı-red.) Seyrançikin də ağlını əməllicə dolaşdırıb. Niyə də olmasın? Bu müharibənin gedişində qısa müddət ərzində Azərbaycan ordusu onilliklər ərzində qurulmuş «Ohanyan səddini» yarıb keçdi, Seyrançik isə murdar cəmdəyini Qarabağdan güclə götürüb qaçdı!

İndi əsgər valideynləri onun uydurduğu yalanlardan tam xəbərdardırlar və böyük ehtimalla, bu sürüşkən cəmdəyi Azərbaycana elə Nikolun özü təhvil verəcək - beynəlxaq miqyaslı hərbi cani kimi…

Ehtiyatda bir variant da var - Eyxman variantı. Seyrançik bilməmiş deyil ki, İkinci Dünya Müharibəsindən sonra, 1970-ci illərdə «Mossad» faşist Eyxmanı Argentinadan necə oğurlayıb, İsrailə apardı və hakim qarşısına çıxartdı, sonra da onu edam etdilər. Böyük ehtimalla, Seyrançiki də eyni tale gözləyir, amma onunku bir qədər fərqli olacaq - Azərbaycan türməsində namərd əməllərinin qarşılığında «nadzorlar» onun künəsinə butılka yeridib, personasını «üzdəniraq» edəcəklər. Bu isə sadəcə, zaman məsələsidir…

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Niyaməddin 2021-09-16 01:37:15

Təşəkkürlər Mirzə bəy! Allah ağzınızdan eşitsin. Bu lənətlənmiş zatıqırıqların miskin sonlarına az qalıb, dişimizlə didəcəyik şərəfsizləri.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol