COVİD 19-un "Lyambda" ştammı haqda miflər və həqiqətlər - "Xofu birdəfəlik unudun..."

Tibb elmləri doktoru, professor Musa Qəniyev dünyanın 30-dan çox ölkəsində yayılan COVİD-19-un "Lyambda" ştammı haqqında "Facebook" səhisfəsində qeydlərini paylaşıb.

Qeyd edək ki, virisoloqlar "Lyambda" ştammının başqa ştammlarla müqayisədə istər təbii, istərsə də peyvənd immunitetinə qarşı daha dözümlü, eləcə də daha yoluxucu və daha aqressiv olduğunu vurğulayırlar. Bildirilir ki, bu mutant orqanizmə düşdükdə onu neytrallaşdırmaq üçün "Delta" ştammının neytrallaşdırılmasına lazım olan antitellərdən 1,5 dəfə çox miqdarda antitel tələb olunur. "Lyambda" ştammının patogenliyi o qədər yüksəkdir ki, hətta bu infeksiyanı keçirib təbii immunitet qazanmış və ya peyvənd olunaraq immuniteti formalaşan şəxslərin belə, bu ştamma yoluxma ehtimalı çox yüksəkdir. Yapon alimlərinin fikrincə, buna səbəb virusun ACE2 reseptorlarına bağlanma sahəsində genom dəyişikliyinə səbəb olan mutasiyanın baş verməsidir. İddia olunur ki, bu genom sahəsində baş verən mutasiya unikal mutasiya olub, COVİD-19-un indiyə qədərki heç bir mutantında müşahidə olunmayıb.

Musa Qəniyev bildirir ki, elmi məntiq və fundamental klinik müşahidə və tədqiqatlara istinad etməyən bu kimi fərdi yanaşmaların ictimailəşdirilərək geniş əhali içərisində yayılması, yalnız stress, qorxu, mənəvi sarsıntı və tərki-dünyalığa xidmət edir. Onun sözlərinə görə, əsl həqiqət odur ki, bu deyilən və yazılanlar tamamilə əsassız, yanılış, və insanlıq əleyhinə yönələn fikirlərdir. Professor, daha sonra "Lyambda" ştammı haqqında bilgilərini paylaşıb:

"a) "Lyambda" ştammı COVİD-19-un genom fərqliliyi göstərən məlum 24 mutant ştammından biri, tam öyrənilən 4 ştamm (alfa, beta, qamma, delta) içərisində sıra sayı ilı 5-cisidir. Məlum 4 ştammdan hər birinin nöqtə mutasiyasının nəticəsi kimi onlarla mutasiya variantı var. "Lyambda" ştammının isə, virogen fəallığına nisbi təsir göstərən, nuklein fərqliliyinə görə hazırda öyrənilmiş səkkiz, nöqtə mutasiyasının nəticəsi kimi isə, virogen fəallığına praktik olaraq təsir göstərməyən, vahid nuklen fərqliliyi olan, iyirmi funksional aktiv mutasiyası mövcuddur. Nuklein fərqliliyi göstərən səkkiz mutasiyadan böyük nuklein parçasının ayrılması - xromosom qırıqlığı, yalnız iki - T76I и L452Q kimi mutasiyada müşahidə olunur. Odur ki, "Lyambda" ştammının potensial fəallığında ciddi təsir fərqliliyinə yalnız T76I и L452Q mutasiyası səbəb ola bilər. Digər genom və ya nuklein dəyişiklikliyinə səbəb olan mutasiyaların heç birinin virus aktivliyinə təsir göstərə bilməsi, nə nəzəri, nə də praktik baxımdan mümkün deyil. 

b) "Lyambda" ştammından ciddi genom fərqliliyi göstərən T76I и L452Q mutasiyası, virusu epitel hüceyrələrin səthində olan ACE2 reseptorlarına bağlayan SHCO14 zülal fraqmentində baş verir. Digər mutasiya isə SHCO14 zülalın özünün bağlandığı NTD-domendə törənir. Göründüyü kimi, genom fərqliliyi göstərən hər iki fraqment, yalnız virusa yoluxmanı təmin edir. Onun virusun potensial fəallığı, virulentliyi və sair xüsusiyyətlərilə heç bir əlaqə və bağlılığı yoxdur.

c) Ana ştamm olan COVİD-19-un bütün mutantları, o cümlədən "Lyambda" mutantı da ondan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı) ilə fərqlənməlidir. Əks hal sələfin mutasiyaya məruz qalmamasıdır. Lakin mutantlar nuklein itkisi və fərqliliyi səbəbindən yarandığına görə heç bir mutant xəstəliyin daha ağır keçməsi və letallığın yüksək olmasına səbəb ola bilməz. Bu hal virusun məruz qaldığı RNT-nin letallıq mutasiyasının həlledici şərtidir. Əks hal mümkün deyil".

Professor yekunda qeyd edib ki, məlum səbəbdən "Lyambda" ştammının patogenliyi COVİD-19-dan nəinki yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır. "İstər təbii immunitet, istərsə də peyvədləmə nəticəsində formalaşan immunitet insanları "Lyambda" ştammından aktiv şəkildə qorumalıdır. Bu şəxslərdə də virusa təkrari yoluxma ehtimalı yalnız 0,002 % olmalıdır. Yəni, demək istəyirəm ki, gigiyenik qaydalara riayət etməklə, COVİD-19 xofunu birdəfəlik unudun və adi, normal həyatınızı yaşayın. Onsuz da nəinki hər birimiz, bütünlükdə insanlıq hazırda tükənmiş, üzülmüş və ümidsiz vəziyyətdədir", -deyə Musa Qəniyev vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Niyaməddin 2021-09-17 15:55:47

Allah sizdən razı olsun, Musa müəllim. Covid19 bakteriyasından qorxaraq və acından ölənlərin sayı covid19-dan guya ölənlərin sayından - halbuki belə bir şey yoxdur dəfələrlə çoxdur. Budur imperialist qüvvələrin məqsədi. İnsanlar qorxudan, işsizlikdən, stress və depressiyadan infarkt, insult keçirərək ölürlər. Bunu vecinə alan yoxdur.

Son yazılar