DAHA BİR YÜKSƏK VƏZİFƏLİ ŞƏXS İSTEFA VERDİ - Yerinə təyinat oldu + FOTOLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis Faiq Fərmanov öz istəyi ilə vəzifəsindən azad edilib.

Onun yerinə Şahin Əliyev təyin olunub.

Şahin Əliyev1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.

O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib.

2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Şahin Əliyev telekommunikasiya sahəsində 14 illik peşəkar təcrübəyə malikdir. Belə ki, o, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb. Bundan əlavə, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub.

635x100

Şərhlər

Vətəndaş 2021-09-23 16:16:36

Nə vaxta kimi azərpoçta rabitədən bixər E.Əfəndiyev,Əfqan Cəlilov kimilər azərpoçta rəhbər təyin olunacaq?məqsəd nədirki burda? at oynadacaqlar?məgər Emin Əfəndiyevin azərpoçta vurduğu yaralar azlıqmı edir?Nə üçün Azərpoçta rabitəçilər rəhbər təyin olunmur?hansısa bankrot olmuş bankın keçmiş rəhbərin v

Vətəndaş 2021-09-23 15:59:04

NRYTN nazir R. Nəbiyevin bütün təşkilat nümayəndələrini qəbul etməyə vaxtı var, rabitəçilərə gələndə pandemiya bəhanəsi gətirilir ərizəylə müraciət edəndə köhnə manqurtların sözüylə rədd cavabı verilir.kiminki tanışllqla R Nəbiyevə əli çatır onun şikayəti təmin olunur..

Tərlan 2021-09-22 22:28:48

Nazim Süleymanov Azərpoçtda meydan sulayır, onun qanunsuz əməllərini yoxlayan hələlik yoxdur ???

Poshtalyon 2021-09-22 10:53:31

Kim ki yeni Nazir Reshad mellimin yaninda ishleyib hamisi kechir yuxari vezifelere. Nazim Suleymanov azerpochtda dollaR maxinasiyasinnan her il 200 min azn qazanir. Niye yoxlayan yoxdu?

Rabitəçi 2021-09-18 22:32:14

Faiq müəllimin yerinə NRYTN-də işdən azad olunasılar çoxdur, xüsusilə bəxtiyar Məmmədov, novruzlar,sübhanlar nazimlər və s.. Onların adları MTN çetesində adları hallanmasına baxmayaraq kreslolarını qoruyub saxlaya biliblər ???

Rabitəçiyə 2021-09-17 20:48:42

Rabitə sahəsi "Qara çörəyə " qane olan mütəxəssislərin sahəsi hesab edilir. Əfsuslar olsun ki, hər şey tərsinə dövran edir !

Rabitəçi. 2021-09-17 11:25:42

Azərpoçtun ən böyük filalı 3 saylıda bir cavan oğlanı rəis təyin ediblər,üstündən bir neçə ay keçib həmin filalda 240000 min mabləğ yoxa çıxıb,bu adamada gözün üstə qaşın var deyən yoxdur,axı böyük bir nəfərin kürəkənidir,heç bir rabitə ixtisası bitirməyib,28 yaşında bu boyda kolektivə rəhbərlik edir,üstəlik təcrübəsidə yoxdur,bax əsl indiki rabitə reallığı budur.

Son yazılar