Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib.

APA-nın məlumatına görə bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter”də paylaşım edib.

Özbəkistanın Xivə şəhərində keçirilən Türksoyun 38-ci nazirlər iclasında iştirak edən A.Kərimov ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılmasından,Vətən müharibəsindən danışdığını vurğulayıb.

O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim etdiyini qeyd edib.

635x100

Şərhlər

t.ədalət 2021-09-18 00:39:26

Şuşanı elə bu il mədəniyyət mərkəzinə çevirməliyik.Kim bilir ki,Putin sonrakı illərdə hansı hoqqalardan çıxacaq.

Son yazılar