Menu

Bu il xarici diplomların 24 faizi tanınmayıb

17.09.2021, 13:46
Bu il xarici diplomların 24 faizi tanınmayıb

"Son 8 ayda xarici diplomların tanınması ilə bağlı 1900 müraciət qeydə alınıb".

"Report" xəbər verir ki, bunu Təhsilin Keyfiyyəti Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Agentlik sədri bildirib ki, müraciətlərin 76 %-i qəbul edilib, 24 %-i isə qəbul edilməyib.

O həmçinin xatırladıb ki, yeni tədris ilindən məktəblərdə real inspeksiyalar başlanılacaq: "Mart-iyun aylarında 24 məktəbdə pilot inspeksiyalar keçirilib".

Şərhlər

t.ədalət 2021-09-18 00:40:43

Üstünə "şirinliyini" qoyanda tez tanınır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol