Menu

Azərbaycan qış vaxtına keçir

25.10.2014, 12:09
Azərbaycan qış vaxtına keçir

Oktyabrın 26-sı saat 5:00-da saatın əqrəbləri bir saat geri çəkilməklə, ölkə ərazisində qış vaxtına keçiləcək.

17 mart 1997-ci il Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir.

Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir.

Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol