Bu il tələbələrin təhsil haqqını dövlət ödəməyəcək - Proqramın icrası dayandırılıb

2021-2022-ci tədris ilində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməyəcək. 

"AzPolitika.info"-ya daxil olan məlumata görə, büdcədən bu istiqamətdə vəsait nəzərdə tutulmayıb. Sözügedən dəstək proqramı sərt karantin rejimin qüvvədə olduğu dövrdə aztəminatlı ailələrdən olan tələbələrin dəstəklənməsini nəzərdə tuturdu. Hazırda ölkədə karantin tədbirləri yumşaldıldığından bu proqramın icrasına da xitam verilib.

Məlumatı "AzPolitika.info"-ya Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da təsdiqləyib. O bildirib ki, builki tədris ilində sözügdən proqram icra olunmayacaq.

Xatırladaq ki, ötən il Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar verib. 20 mindən artıq tələbəni əhatə edən proqram icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edib. Amma təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilməyib.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar