"Ora Azərbaycan ərazisidir və bu qərarı rəsmi Bakı verir” - Papikyan Gorus-Qafan avtomobil yolu haqda

"İrandan Ermənistana yük daşımaları dayanmayacaq. Gətirilən yüklərin Ermənistana çatdırılması üçün başqa yollar da var”. Konkret.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin müavini Suren Papikyan jurnalistlərə açıqlamasında səsləndirib.

Papikyan bildirib ki, Ermənistan İran üçün vacib tranzit ölkə olaraq qalmağa davam edəcək:

Azərbaycan tərəfindən yaradılan polis müşahidə məntəqəsinin Gorus-Qafan avtomobil yolunda bundan sonra da keşik çəkib-çəkməyəcəyi ilə bağlı sualı Papikyan, “Ora Azərbaycan ərazisidir və bu qərarı rəsmi bakı verir” deyə cavablandırıb.

Baş nazirin müavini əlavə edib ki, keçmiş Sovet Ermənistanı və Azərbaycanı ərazisindən keçən yol artıq demarkasiya prosesi nəticəsində Azərbaycan ərazisi kimi müəyyən edilib.

635x100

Şərhlər

Eli 2021-09-17 19:35:38

Bele bir deyim var:qaradan tünd reng yoxdur.İranın bu hereketi açıq sçığına azerbaycanlılara isteyir İranda yaşayan ,isterse de bize qarşı düşmemçilikdir.Nınun başqa adı yoxdur be biz ödnce öz işmizi bilmeli iyik.İranın dini lideri Eli Xameneuiye müselman ,azerbaycanlı demek olarmı?Bu nece müselmandır ki,mescidlerde donuz saxlayan ve onun qardaşının düşmenine bele yaştawlanır.Demeli fars molla rejimi ne Cemeneyini adsm yetine qoyur ne niz azerbaycanlıları.zBınların cavabı ay Millet ne olmalıdır Sizce?

Son yazılar