POLİSİMİZ ERMƏNİ AVTOBUSLARINI DA SAXLAYIR - Qondarma “bayrağ”ı maşınların üzərindən süngü ilə qazıyır + VİDEOLAR

Gorus - Qafan yolunun Azərbaycana aid bölümündə xidmət keçən şanlı polislərimiz erməni maşınlarını da saxlayır və yoxlayır. .Həmin mikroavtobusun Qarabağdan olan erməni uşaq futbol komandasını daşıdığı bildirilir.

Polisimiz erməni gənclərinə həyatı da başa salır: "Dağlıq Qarabağ yoxdur, Qarabağ Azərbaycandır ...aydın oldumu, sizə". 

Azərbaycan polisi eyni zamanda  bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün fəaliyyət göstərir.

Ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobillərin üzərində olan qondarma “respublika”nın qondarma “bayrağ”ını elə yerindəcə süngü ilə qazıyır

Polis əməkdaşı mikroavtobusun sürücüsünə deyir: “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!”

Sürücü də başı ilə təsdiqləyir. 

Bununla bağlı görüntülər sosial şəbəklərdə yayılıb. Hətta hazırda Telegram və digər sosial media platformalarının erməni seqmentində birinci mövzudur!  

Sözügedən görüntüləri təqdim edirik:

Xatırladaq ki, bir həftədir Azərbaycan polisi və sərhədçiləri Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində İran yük maşınlarını saxlayıb yoxlayır, onlardan yol vergisi tutur. Habelə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz olaraq yük daşıyan iki iranlı sürücü geri qayıdarkən Eyvazlı postunda saxlanılıb. Onların Azərbaycan qanunları əsasında məsuliyyətə cəlb olunacağı açıqlanıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Famil 2021-09-19 22:41:34

Igrushka oynuyursuz ey elebil? Xankendinde ermeni oturub fakt

Ferxad 2021-09-19 22:39:36

Rusu neye soxduz ora tez Bazar?

Niyaməddin 2021-09-18 13:58:53

Daha sərt addımlar atmaq lazımdır. Şərəfsizlərin belini qırmaq, ağzını dağıtmaq lazımdır.

Son yazılar