Ramin Bayramlı həbs olunmalıdır!

Xeyrəddin Qoca

Mən bu fikri TƏBİB ilk qərarlarını verəndə söyləmişdim və məni yaxından tanıyanlar bu sözlərimi eşitdiklərini təsdiq edə bilərlər. Bilirəm ki, məhkəmənin qətnaməsi olmadan heç kimi cinayətkar hesab etmək olmaz. Lakin bu savadsız adamın başçılıq etdiyi qurumun bütün hərəkətlərindən, qərarlarından, xalqı daim aldatmasından fəaliyyətlərində cinayət tərkibinin olduğu açıq-aydın görünürdü. 

Ramin Bayramlı qurumun başına pul qazanmağa, maxinasiyalar etməyə gəlmişdi və belə də oldu! Bu barədə ağlı kəsən bütün insanlar, o cümlədən, mən sosial mediada daim yazırdıq, tədbir görməli olan təşkilatlar isə xalqın fikirlərinə məhəl qoymurdular! 

Əvvəlcədən deyim ki, Ramini həmin vəzifəyə təqdim edənlər kimlərdirsə, birinci onlar sorğu-suala çəkilməli və cəzalandırılmalıdırlar! Hələlik onların adlarını çəkmirik, amma başlarında kimin durduğunu bilirik... 

O adam harada işləyibsə, dövlətə də, dövlət başçısına da həmişə qeyri-səmimi münasibət bəsləyib! Özünün də çox əlləm-qəlləm işləri var, artıq mətbuatda bu haqda çoxdan yazılıb!...

Raminin başçılıq etdiyi qurum deyir ki, qapalı yerdə maska taxın və iki metr məsafə saxlayın. Dünyanın böyük alimləri isə deyirlər ki, əvvəla, maska taxmaq tam ziyanlıdır, yəni təmiz havanı almaq olmur. Bədəndəki pis havanı isə xaric etməyə maska mane olur və bu pis hava geri qayıdıb ciyərləri çürüdür! 

Eyni zamanda tanınmış həkimlər deyirlər ki, qapalı yerdə 50 metr ara saxlasan da xeyri yoxdur, həmin qapalı yerdə bircə nəfər korona xəstəsi varsa, hamı yoluxacaq!

Raminin başçılıq etdiyi qurum deyir ki, "əllərinizi 20 saniyə sabunla yuyun". Bu xalqı ələ salmaqdır. İnsanlar əl yuyanda yanlarına saniyəölçən qoymalıdırlar? TƏBİB deməyəndə insanlar təmizliyə riayət etmirdilər? Heç eşitmisiniz ki, indiyədək koronadan aylarla bədəninə su dəyməyən, çirkin-pasın, mikrobun içində yaşayan bircə nəfər bomj ölmüş olsun?

TƏBİB istədiyi vaxt xəstələrin sayını şişirdərək, qorxu-hürkü yaradıb, insanları evlərinə qapatmırdı? İnsanlar xəstəlikdən yox, evə qapanmalardan ölmürdü?

Dünyanın tanınmış həkimləri bar-bar bağırırlar ki, vaksinin yaradılması üçün 25 il, ən azı 7 il zaman lazımdır. İndi az vaxtda hər ölkədə bir neçə vaksin yaradılır, Azərbaycan televiziyalarında da, başı çıxan-çıxmayan həkimlər çıxış edib deyirlər ki, "vaxt ötürmədən hər kəs vaksin vurdursun!"  

Allergiyanı, başqa ağır xəstəlikləri, qanı yoxlamadan keçirmədən, bir ucdan hamıya vaksin vururlar! Nə qədər adam vaksindən öldü? Bu cinayət deyil? Məni də yoxlamadan keçirmədən vaksinləri vurdular, 5 aydır özümə gələ bilmirəm!

TƏBİB demirdi ki, vaksin vurmaq könüllüdür? İndi insanlara vaksinləri məcburi vurdurmurlar? Bu-gün-sabah vaksin vurdurmayanlara çörək almağa da icazə verməzlər! Necə ki, vaksin vurdurmayanlar mağazalara, toylara, ora-bura gedə bilmirlər! Vaksin vurulduqca da xəstəlik artır! Elə bilirsiniz, xalq bilmir bunun səbəbi nədir?

TƏBİB dəfələrlə xalqa yalan məlumat verib ki, filan vaxtı, filan tarixdə korona mutasiyaya uğrayacaq, xəstəlik bitəcək. Bill Qeyts isə Sorosla 50 illik müqavilə bağlayıb ki, bu xəstəlik müxtəlif adlar altında davam etdirilsin, dünyada Ramin Bayramlı kimi adamlar pul qazansınlar, xalq da milçək kimi qırılsın, getsin! Görəcəksiniz, bu it oğlu Bill Qeyts də, Soros da məndən tez cəhənnəmə vasil olacaqlar! Dünya Bankı da bir tərəfdən pul qazanır. Ayrı-ayrı ölkələrə maddi yardım məqsədi ilə verdikləri məbləğin faiz alırlar! 

Guya xalq heç nə bilmir?

Hanı "qüş qripi"? Hanı "donuz qripi"?  Quşlardan, donuzlardan daha insanlara qrip yoluxmur? Bu nə sayıqlamalardır, "Korona","Delta","Qamma", "İngilis ştammı", "Hindistan ştammı", "Afrika ştammı", indi də "Mu" mikrobunu kimlər uydururlar? Musiqi ladları kimi səslənir! 

İndi də dünya alimləri yeni elmi fikirlər irəli sürürlər ki, ümumiyyətlə, korona xəstəlik deyil, layihədir! Yəni müxtəlif mikroblarla insanları kütləvi məhv edərək dünyadakı 8 milyard insanı azaldıb, 2 milyarda salmaq məqsədi güdülür! Ağıllı adamlar bilirlər ki, bu ideya həyata keçməyəcək! Yaxşısı budur, insanların səbrini sınamasınlar! Bu insan qətliamına səbəb olan mikrobları yayanlar, mütləq müdhiş cəza alacaqlar!

Ramin Bayramlı kimiləri də insan qatillərinin köməkçiləri hesab oluna bilərlər! Bütün sadaladıqlarımı həyata keçirmək, özünü həbsə atdırmaq demək deyilmi?

Yazdım ki, hərə öz payını götürsün!...

635x100

Şərhlər

Veteran 2021-09-30 09:55:00

Xeyrəddin müəllim Sizin-Bizim acığımıza bu naxırçıni bu yaxınlarda DAMA yox yağlı bir vəzifəyə qoyarlar.Uzun illərdir belədir.

Maksud 2021-09-20 23:59:46

tekce Ramin Bayramlını hebs etmekle bir iş yetmez. Onun esl ağası ELi Əhmədovdur, cinayətkar dəstənin digər qanadi ise İcbari Sigorta Agentliyidir, hamisi da ELi Ehmedovun kençileri ve qohumlaridirlar. BU çoxm geniş kğk atmış bir destedir.....

Xeqani 2021-09-19 08:59:43

Xeyrəddin mūəllimin Siz ramin bayramlını tənqid etdiniz,lakin bu bayramlının əvəzinə başqası gələcək onda Siz deyənlər dūzələcəkmi? Mən deyirəm ki,xeyr ona görə ki sistem belə tələb edir

Niyaməddin 2021-09-18 23:02:58

Təşəkkür edirik Xeyrəddin Qocaya. Bildiyimiz məsələləri dilə gətirdi. Elin gözü tərəzidir deyiblər. Hər şeyi yaxşı görürük, bilirik. ...., imperialist alçaqlar iş başındadır. Allah lənət eləsin onlara.

Sədi 2021-09-18 20:38:30

Nə qədər Azərbaycanda kadr düzgün seçilib,yerləşdirilmir,bir bölgə,qohum-qudalıq əsas götürülür hələ Bayramlılar çox olacaq.u

Xeyrəddin bəyə 2021-09-18 19:54:07

Ölkəmizdə kadr yerləşdirilməsindəki qüsurları aradan qaldırmadan müsbət nəticə,inkişafa nail olmaq utopiyadır.ynl

Resid 2021-09-18 18:45:35

Halal olsun, yaxşı analiz verdi.

t.ədalət 2021-09-18 17:08:49

Xeyrəddin müəllim tam haqlıdır.Hələ də müalicə etməsi haqqında heç bir göstrəricisi olmasyan vaksinləşmə xalqın əleyhinə olan kampaniyadır,başlıcası nadamlıqdır.Vaksinasiya dayandırılmalı,həkimlər tam zəmanət verməyənə kimi biçarə insanları məhvdən qorumaq lazımdır.Ölkədə saxta dərmanlara və dərman bahalığına qarşı mübarizə aparılmadığı bir vaxtda,görəsən,camaatı vaksin olunmaq üçün sürü kimi ora-bura dürtmək nə üçündür?Təəssüf ediləsi haldır ki,bu ziyanlı işi tətikləyən adam-Ş.Mövsümov Prezident aparatının əməkdaşıdır.Bu adam görmnür ki,camaat işsizlikdfən acından qırılır,nə fərqi var,ya koronadan,ya da işsizlikdən öldün.Belə can-fəşanlığı,bəlkə camaat üçün iş yerlərinin yaranmasına yönəltmək lazımdır?

Son yazılar