Menu

“Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur” - Fərhad Bədəlbəyli

18.09.2021, 12:31
“Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur” - Fərhad Bədəlbəyli

“100 il böyük bir rəqəm, böyük bir tarixdir, Üzeyir Hacıbəyovun Qara Şarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Soltan Hacıbəyov kimi tələbələri olub”. 

APA-nın məlumatına görə, bunu Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib. F. Bədəlbəyli deyib ki, heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur: “Biz bu sərvəti mütləq saxlamalı, inkişaf etdirməliyik. Mən inanıram ki, yeni əsərlər olacaq”. F. Bədəlbəyli qeyd edib ki, Şuşa indi azaddır: “Şuşaya həsr olunan musiqi əsərləri, teatr tamaşaları, filmlər mütləq olacaq. Bayramınızı təbrik edirəm. Şuşada görüşərik! Artıq bu, həqiqətdir. İnşaallah, bütün festivallar, musiqi bayramları, müsabiqələri, muğam müsabiqəsi əlbəttə, Şuşada keçiriləcək”.

Şərhlər

t.ədalət 2021-09-18 15:18:15

Bəstəkarlıq nə böyük sənətdir ki,Tünzalə Ağayeva da özünü bəstəkar hesab edir.

Roma 2021-09-18 13:18:37

Sizinlə tamamilə razıyam, “Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur” - Fərhad Bədəlbəyli...Ümumiyyətlə Sizi son zamanlar daha çox müşahidə edirəm və məndə şəxsiyyətinizə böyük bir hörmət yaranmışdır. Belə ki, yaşınızın bu dönəmində Şuşa səfərlərindən qalmırsınız və eləcə də jurnalistlərlə müsahibələrdəki deyimləriniz çox xoşuma gəlmişdir, bir sözlə Vətənə, Xalqa ürəkdən yanan İnsansınız. Can sağlığı arzulayıram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol