AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ RUSİYA MN-i SAXTAKARLIQDA İTTİHAM ETDİ - "Rusiya MN-in məlumatı təəccüb və təəssüf doğurur"

"Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

"Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb.

Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.

Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.

Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - deyə Anar Eyvazov əlavə edib.

635x100

Şərhlər

Mirzə Qafarlı 2021-09-20 07:22:46

Rusiyanın "Sülhməramlıları" üçtərəfli bəyanata uyğun vəvifələrini icra etsəydilərorada erməni silahlıları qalmazdı və bu gün Rusiya MN həyasızcasına yalan uydurmazdı. Öz gözündə tiri görmar, özgənin gözündə çöp axtarır.

Amon 2021-09-19 23:03:47

MN niye ve neye teeccublenir ki guya bilmirler rusiya orda ne hoqqalardan cixir

Niyaməddin 2021-09-19 20:13:06

Qara məni basınca qoy qaranı mən basım. Müdafiə nazirliyi ağzına su almağa davam edir. Atəş açsa da açmasa da niyə demir ki, əcəb eləmişəm. Sülhməramlılarının vəzifəsi şərəfsizləri oradan rədd eləməkdir. Alçaq, şərəfsiz rus ayıları!

vətəndaş 2021-09-19 15:43:44

Azərbaycan MN Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov , siz , niyə bu qədər SADƏLOVH adamsiniz ? Niyə , INTERNETDƏ You Tube kanallarinda , Rusiya MN - nin rəhbəri Şoyqu barədə yayilan videolara baxmirsiniz ? ......... Şoyqu bu yaxin vaxtlarda bildirib ki , Monqol - Tatar Ordusunun Baş Sərkərdəsi Çingis Xanin nəslindəndir ( ehtimal etmək olar ki , ........ Şoyqu , yatib , yuxuda bu məlumati alib...... ) , ......... Şoyqunun dediyi sozlərə INANMAQ LAZIM DEYIL , bu .......Şoyqu , hətta , oz " ŞAMAN kompaniyasina " , AKTIV CƏLB EDIB ............putini və TEZ - TEZ , GEDIRLƏR SIBIR TAYQASINA , " ŞAMAN kompaniyasinin " RITIUAL ƏMƏLIYYATLARINDA " AKTIV IŞTIRAK EDIRLƏR ......... , INTERNETDƏ bu barədə məlumatlar çox var .

Zanzibar 2021-09-19 12:40:54

Orda ermeni silahlusi ne gezir. Beyannameyegire gerek hec birermeni silahlusi olmamali idi!

Son yazılar