Menu

Cəlilabadda qədim məzarlıq aşkarlanıb - FOTOLAR

19.09.2021, 12:19
Cəlilabadda qədim məzarlıq aşkarlanıb - FOTOLAR

Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib. “Report”un Muğan bürosunun məlumatına görə, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.

Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol