Terror təşkilatının zərfləri həyəcana səbəb olub
İŞİD tərəfdarlarının Türkiyənin İstanbul şəhərindəki eyni vaxtda 5 xarici ölkəyə göndərdiyi ehtimal edilən zərflər isə ciddi həyəcana səbəb olub.
ANS TV-nin məlumatına görə, içində sarı rəngli toz olan şübhəli zərfin ötən gün təkcə Almaniya, Kanada və Belçika konsulluqlarına göndərildiyi bildirilir. Sonradan Amerika Birləşmiş Ştatları və Fransa konsulluqlarının da belə bir zərf aldıqları məlum olub. Amerika Birləşmiş Ştatlarının İstanbuldakı konsulluğuna gələn müəammalı zərf açılmayıb.
Konsulluqlarına göndərilən şübhəli zərfin içindəki maddənin zəhərli olacağı ehtimalı hər kəsi təşvişə salıb. Zərflə təmasda olan 20-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib. Konsulluğun əməkdaşları vəziyyətlə əlaqədar dərhal təxliyə olunublar.
Bundan əlavə Türkiyədə daha iki xarici ölkənin konsulluğuna müəmmalı zərf göndərilib.
Faktla bağlı istintaq araşdırması başladılıb. Sarı tozun əslində nə olduğunu müəyyənləşdirmək üçün laboratoriya təhlilləri aparılır. Təhlillərin nəticəsi 27 oktyabrda məlum olacaq.
Hələlik təhdid xarakterli bu addımın kim və ya kimlər tərəfindən atıldığı məlum deyil. Lakin sözügedən ölkələrin anti-İŞİD koalisiyası üzvləri olduğunu nəzərə aldıqda bunun İŞİD tərəfdarları tərəfindən edilə biləcəyini ehtimalı yaranır


Şərhlər