Emreli "Legiya"da növbəti qolunu vurub

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Varşava təmsilçisinin heyətində növbəti qolunu vurub. "Report"un məlumatına görə, 24 yaşlı hücumçu "Qurnik Lençna" komandasına 3:1 hesabı ilə qalib gəldikləri Ekstraklasanın VIII tur matçında fərqlənib.

Fasilədən sonra Tomaş Pexartın yerinə meydana daxil olan forvard 79-cu dəqiqədə görüşdə son nöqtəni qolub. Bu, onun Polşa çempionatında ilk qolu olub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 9-a çatdıran "Legiya" 12-ci pillədə qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.

635x100

Şərhlər

Tahir 2021-09-19 22:56:45

Yığmanın heyətində çox zəif çıxış edir

Son yazılar