Fransa Xarici İşlər Nazirliyi ABŞ-la böhran yaşadıqlarını bəyan etdi

“Fransa və ABŞ arasında yaranan böhran NATO-nun yeni strateji konsepsiyasının müəyyələnşdirilməsinə böyük təsir göstərəcək. Lakin bu bizim təşkilatdan çıxacağımız anlamına gəlməməlidir”. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan İv Le Drian bəyan edib.

“Prezident Makronun xahişi ilə NATO öz konsepsiyasının dəyişməsi ilə bağlı müzakirələrə başlayıb. Alyansın Madriddə keçiriləcək bir sonrakı sammitində yeni strateji istiqamətlər ələ alınacaq. Lakin son hadisə (Böyük Britaniya, ABŞ və Avstraliyanın iştirakı ilə AUKUS hərbi alyansının yaradılması nəzərdə tutulur-red.) bu məsələyə ciddi təsir göstərəcək”,-deyə Jan İv Le Drian bildirib.

Xatırladaq ki, rəsmi Paris bu həftənin beşinci günü ABŞ və Avstraliyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Buna əsas səbəb Avstraliyanın Fransa ilə imzaladığı sualtı hərbi qayıqların düzəldilməsi ilə bağlı 66 milyardlıq sazişdən imtina etməsidir. ABŞ Milli təhlükəsizlik şurasının rəsmi nümayəndəsi Emili Horn Co Bayden administrasiyasının Fransa hökuməti ilə hazırda sıx əlaqə qurduğunu bəyan edib. Onun sözlərinə görə rəsmi Vaşinqton yaranan fikir ayrılıqlarının çözülməsi üçün addımlar atacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar