Menu

"Azərbaycan, Rusiya və Ermənistan iqtisadi əlaqələrin açılmasını istəyir" - Rusiya Baş nazirinin müavini

20.09.2021, 12:05
"Azərbaycan, Rusiya və Ermənistan iqtisadi əlaqələrin açılmasını istəyir" - Rusiya Baş nazirinin müavini

"Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat yollarının açılması, iqtisadi əlaqələrin qurulması əhval-ruhiyyəsindədir".

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk sentyabrın 20-də İrəvanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.

“İşçi qrup üçtərəfli görüş keçirir. Sonuncu, 7-ci görüş avqustun ortalarında Moskvada olub. Tərəflər iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ovqatındadır. Hazırda bunun müzakirəsi gedir”, - A.Overçukq bildirib.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqroyan da nəqliyyat əlaqələrinin açılmasının faydalı olacağını vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ermənistan biznes forumunun sponsoru “Sputnik Armeniya” agnetliyidir. Bu tədbirdə daha çox rusiyalı erməni iş adamları iştirak edir.

Şərhlər

Eko 2021-09-20 13:27:41

Demir yolu ) bes Zenqezur avtomabil yolu ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol