Menu

"Şuşanın 270 illiyi münasibətilə böyük konsert proqramı təşkil olunacaq" - Xüsusi nümayəndə

20.09.2021, 12:47
"Şuşanın 270 illiyi münasibətilə böyük konsert proqramı təşkil olunacaq"  - Xüsusi nümayəndə

"Gələn il Şuşanın 270 illiyi münasibətilə şəhərdə böyük konsert proqramı təşkil olunacaq".

Bunu "Report"a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi gələcək mədəni tədbirlərin başlanğıcıdır: "Bundan sonra Şuşada daha böyük konsertlər təşkil olunacaq. Gələcək tədbirlərin proqramı hələlik müəyyən olunmasa da şəhərdə konsertlərin təşkil olacağı dəqiqdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol