Menu

Peskov Putinin səhhəti barədə açıqlama verib

20.09.2021, 14:13
Peskov Putinin səhhəti barədə açıqlama verib

“Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Putin ətrafındakı onlarla insanın koronavirusa yoluxması səbəbindən sentyabrın 14-də özünütəcrid rejiminə keçdiyini açıqlayıb.

Şərhlər

Həqiqət 2021-09-20 14:53:40

Çox ehtimal ki.bu "xəstələnmə" Putinin BMT-nin toplantısına dəvət olunmaması ilə əlaqədar daxili auditoriya üçündür.Toplantı bitəndən sonra baxarsınız Putin yenə ortalıqda olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol