Menu

Sənədsiz evlərlə bağlı açıqlama

20.09.2021, 18:05
Sənədsiz evlərlə bağlı açıqlama

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) sənədsiz evlərin sənədləşdirilməsi prosesinin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir.

Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar.

İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflərin hazırlanacağı gözlənilir.

Şərhlər

t.ədalət 2021-09-20 23:23:57

Sənədsiz evlərin özəlləşməsi rüşvətlə davam edir.Kimin pulu yoxdur,onlar sənədsiz qalırlar.

Özgür 2021-09-20 21:04:24

bunlar heç vaxt sənədsiz evlərə sənəd verməzlər, ona görə ki, rüşvətsiz sənəd olmayacaq vəssəlam! Kimi bu işə qoysalar da rüşvət alacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol