“İRAN BİLDİYİNİ ETMƏYƏ ÇALIŞIRDI, ALINMADI...” – “Cəsarətli axunda ehtiyacımız var ki...”

Elxan Şahinoğlu: “Sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir…”

Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirinə nota verdi, nəticəsi olmadı, yüklər qanununsuz olaraq yenə Qarabağ separatçılarına daşındı. Bundan sonra Qafan-Gorus yolunu qapatdıq ki, İran yüklərinin Qarabağa girişlərinin qarşısını alaq.

İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısında ağır vəziyyətə düşdülər, bir neçəsi həbs olundu. Bundan sonra vəziyyət necə olacaq? İranın dolayı vasitələrlə hədə-qorxularına Azərbaycanın reaksiyası necə olmalıdır?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Azərbaycan nə etdisə doğru etdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlar gözləmirdi.

“Bizi zəif bilib, bildiklərini etməyə çalışırdılar. Alınmadı. Tehran hazırda bizə birbaşa deyə bilmir ki, yüklərimizi buraxın, gömrük rüsumu almayın. Ona görə bizi İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amuli səviyyəsində qorxutmağa çalışırlar. Ona da Azərbaycanla bağlı saxta informasiya əsasında mətn verib oxutdurublar”,-deyə ekspert vurğulayıb.

E. Şahinoğlu deyir ki, Amuliyə cavabı Qafqaz Müsəlamları İdarəsinin rəhbəri və ya rayonlarımızdan birinin məscidinin axundu versəydi yaxşı olardı: “Din xadimlərimizin, o cümlədən Allahşükür Paşazadənin, Hacı Şahinin işğaldan azad olunmuş Şuşada namaz qılmaları, şəhidlərimizin ruhlarına dualar oxumaları nə qədər vacib idisə, Azərbaycanı hədələyən axunda layiqli cavab vermələri bir o qədər əhəmiyyətlidir. Cəsarətli axunda ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. Tehran Amulinin diliylə bizi hədəf götürərkən bəlkə də elə bu nəticəni əldə etmək istəyirdi”.

“AzPolitika.info”

635x100

Şərhlər

ali 2021-09-22 02:19:48

bizdəki bəzi axundlarda elə onaların agentidir sadəcə. Ona görə dilləri lal oturublar yerində

turan 2021-09-21 15:42:33

bizim mollaların 99 faizi iranın 5-ci kalonudur. Onlar səcdəgahlarına cavab verərlər?

Xeqani 2021-09-21 08:06:21

Bizim şeyximiz hələ ki,"misi qızıla çevirməklə" məşğuldur

Eko 2021-09-21 06:38:58

Allahshukurun duxu yoxdu nese desin , bu insan onnarin adamidi .Bunu basha dushmek cetin deyil, Bu insan nece illerdi ciblerni doldurub , xalqa qulluq elemeyib . Allah cezasin verecek hamisinin !!!

Niyaməddin 2021-09-21 02:04:48

Axundlara, imamlara dövlətimizin hər tərəfli tam dəstəyi olmalıdır. Təəsüf ki, biz bunu görmürük. İranda isə tam tərsinə imamlara dövlət hər tərəfli dəstək verir, onlara sahib çıxır. Bu dövlət nə vaxt vətəndaşı ilə birlikdə hərəkət etsə, heç bir çaqqal bizə təsir edə bilməyəcək.

Azer 2021-09-20 23:09:29

Bizde axund ne gezir, hamisi kukla seylerdir, ancaq Farslara islesinler, suleymaniye yas saxlasinlar

Xalq 2021-09-20 22:53:57

Azərbaycan Xalqı şirin qulaqlarını da, quyruğunu da dibindən kəsib atacaq! sən narahat olma ey amili!

Eli 2021-09-20 22:34:21

İndi aydınlaşacaq ki Qafqaz Müselmanları idaresi kimin yanındadır.Müqeddes mescidletimizde donuz saxlayan ermenileti müdafie eden fars molla rejimini temsil eden Amili be onın kimilerin ve ya Haqqın yanındadırlar.

Eli 2021-09-20 22:13:32

Allah Sene ve Senin Soyundan olan Ulularına qeni qeni rehmet eylesin ey Böyük Şah İsmayıl Xetai bir başını qaldır gör Senin yaratdıqın Azerbaycan Dövletinde Senin Vetenin Erdebilde kimler meydan sulayır,mescidletinde donuz saxlayan ermenini müdafie eden ,müselman qardaşlarına düşmen kesilenlerin soyu nedir bunlar hardan emele gelib,kimdir bunların ecdadı.Bu nece müselmzılıqdır.Kim bunları bizr izah edecek.

Eli 2021-09-20 22:01:57

Baxın indi edl meqamıdır bu mollaya tutarlı cavab vermeyin:Baxaq görek Azerbaycanın Dini Liderleri xüsusen Qafqaz müselmanları idaresinin rehberliyi hansı mövqe nümayiş etdirecekler ki,biz de onlara destek olaq.

Son yazılar