Menu

Misirdə fövqəladə vəziyyət elan edildi

25.10.2014, 14:17
Misirdə fövqəladə vəziyyət elan edildi

Misir hökuməti Sinay yarımadası ətrafındakı bölgələrdə üçaylıq fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyətə səbəb oktyabrın 24-də təhlükəsizlik əməkdaşlarına qarşı iki hücum səbəb olub. Son məlumatlara görə, bu hücumlar nəticəsində ən az 33 nəfər həlak olub.

Ekspertlərin fikrincə, bu hadisə islamçı prezident Mohamed Morsi-nin devrilməsindən sonra hökumət qüvvələrinə qarşı hücumların ən böyüyüdür.

İlk hücum ötən cümə Sinay yarımadasının əl-Xaruba rayonunda 30 nəfərin həyatına son qoyub. Bir neçə saat sonra təcavüzkarlar əl-Əşirə şəhərindəki nəzarət-buraxılış məntəqəsinə atəş açıblar. Azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Hücumların arxasında kimlərin durduğu hələlik məlum deyil. Bununla belə, hadisəni bundan əvvəl bir neçə hücumun məsuliyyətini öz üzərinə götürmüş «Ənsar Beyt əl-Makdis» qruplaşmasının törətdiyi ehtimal olunur. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol