İQTİSADİYYAT NAZİRLİYİNƏ YENİ SƏLAHİYYƏTLƏR VERİLDİ - Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama dəyişikliklə 2.1-1-ci bənd əlavə edilib.

Yeni bəndə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi və idarəetmə orqanlarının yaradılması tapşırıqları verilib.

Daha bir dəyişikliklə isə Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi səlaiyyəti İqtisadiyyat Nazirliyinə tapşırılır.

Qeyd edək ki, dəyişiklikdən əvvəl bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdi.

635x100

Şərhlər

İsmayıl 2021-09-21 21:43:49

Ölkəmizdə fəliyyət göstərən yeganə nazirlikdir ki, öz işinin öhdəsindən layiqincə gəlir və öz dəyərli xidmətləri ilə cənab Prezidentimizin etimadını qazanır . Uğurlar !!!

Son yazılar